Azərbaycandan Qazaxıstana aviareyslə gedən sərnişinlər yalnız termometriya və anketləşdirmədən keçəcəklər
Qazaxıstan Baş sanitar həkiminin koronavirus infeksiyası ilə mübarizədə məhdudlaşdırıcı tədbirlər haqqında yeni fərmanına əsasən, ölkəyə gələnlər üçün tələblər dəyişdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycandan Qazaxıstana aviareyslə gələn sərnişinlər yalnız termometriya və anketləşdirmədən keçəcəklər.
Azərbaycanla yanaşı aviareyslər üzrə birinci kateqoriyaya Çin, Tayland, Monqolustan, Malayziya, Misir, Honkonq, Cənubi Koreya, Yaponiya, Sinqapur, Almaniya, Belarus da daxildir.
İkinci kateqoriyaya 21 ölkə: İsveçrə, Böyük Britaniya, Polşa, İtaliya, Macarıstan, Avstriya, Niderland, İsveç, Rumıniya, Çexiya, Yunanıstan, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan, Ermənistan, Rusiya Federasiyası, Özbəkistan, Ukrayna, Qırğızıstan, Tacikistan daxildir. Termometriya və anketlərə əlavə olaraq, COVID–19 testinin mənfi nəticəsinin arayışı təqdim olunmalıdır.
Üçüncü kateqoriya isə birinci və ikinci kateqoriyadan olan ölkələr istisna olmaqla, bütün ölkələr daxildir ki, müntəzəm aviareyslər qadağan edilir.
Beləliklə, birinci kateqoriyalı ölkələrdən gələn sərnişinlər test vermədən Qazaxıstana gələ biləcəklər.
Bundan başqa dəmir yolu, dəniz və çay nəqliyyatı, avtomobil yolları ilə buraxılış məntəqələrindən ölkəyə daxil olanlarla bağlı termometriya, anketləşdirmə aparılır, onlardan COVID–19 testinin mənfi nəticəsinin arayışı tələb olunur.
Xatırladaq ki, dövlət komissiyası avqustun 17-dən etibarən Qazaxıstanda karantin tədbirlərinin mərhələli şəkildə yumşalması planını təsdiqləyib.