Ədliyyə Nazirliyində icbari təlimin nəticəsinə dair onlayn imtahan keçirilib

A- A A+

Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarında kadr potensialının gənc hüquqşünaslar hesabına gücləndirilməsi məqsədilə həmin qurumlarda icra məmuru vəzifələrinə qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər Ədliyyə Akademiyasının təşkil etdiyi onlayn  icbari təlimə cəlb olunublar.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlim mövcud şəraitlə bağlı distant formada aparılıb və yekunları üzrə onlayn imtahan keçirilib. İmtahanda iştirak edən 6 namizəd ədliyyə orqanlarında peşə fəaliyyəti ilə məşğul olmaq hüququ qazanaraq müvafiq şəhadətnamələr alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: