Naxçıvanda kənd təsərrüfatı mallarının növbəti satış yarmarkası keçirildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib.  Yarmarkaya 22 istehsal müəssisəsi və 300-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 47 növdə 270 çeşiddə keyfiyyətli məhsullar gətirilib. Mövsümlə əlaqədar daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də sənaye malları çoxluq təşkil edib. Sənaye mallarının satışı üçün ayrıca bölmə yaradılıb və satış yerlərinin sayı daha da artırılıb.  

Qeyd edək ki, yarmarka növbəti həftələrdə də davam etdiriləcək.

 

                                                  Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: