Şərurda istirahət parkı açılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda daha bir istirahət parkı sakinlərin ixtiyarına verilib.
Əsaslı şəkildə yenidən qurulan 0,7 hektarlıq parkda sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Parkın bərpası zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. İstirahət guşəsində müxtəlif dekorativ sənət nümunələri də quraşdırılıb ki, bu da parka əlavə gözəllik verir.
Həmçinin parkda müxtəlif idman oyunları oynamaq üçün də yaxşı şərait yaradılıb.
Mədinə Rəhimli