Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

A- A A+

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçirilən quruculuq tədbirləri hər bir sakini qəlbən sevindirir. Belə quruculuq ünvanlarından biri də Şahbuz rayonudur. Görülən işlərin nəticəsidir ki, Şahbuz şəhəri ilə yanaşı, rayonun kənd yaşayış məntəqələri də xeyli gözəlləşib, mühüm infrastruktur layihələri həyata keçirilib. Aparılan kompleks quruculuq tədbirləri sırasında məscid binalarının, mərasim evlərinin əsaslı şəkildə təmiri və tikintisini də qeyd etmək yerinə düşər.

Rayonun Külüs kəndində də mərasim evinin tikintisinə mart ayından başlanılıb. Mərasim evi 300 yerlikdir. Burada qadınlar və kişilər üçün ayrıca zallar nəzərdə tutulub. Binada, həmçinin ibadət otağı, mətbəx və digər otaqlar da yerləşəcək. Hazırda binanın tavan hissəsində işlər davam etdirilir. Mərasim evinin tikintisində dövlətlə yanaşı, kənd camaatı və ölkəmizin digər bölgələrində, həmçinin xaricdə yaşayan Külüs sakinləri də yaxından iştirak edirlər. Qeyd edək ki, bundan əvvəl rayonun Aşağı Qışlaq və Yuxarı Qışlaq, Mahmudoba, Kolanı, Sələsüz kəndlərində və Şahbuz şəhərində də müasir tipli mərasim evləri tikilərək sakinlərin istifadəsinə verilib. Kolanı, Keçili və Badamlı kəndlərində isə yeni tikilən mərasim evlərində artıq son tamamlama işləri görülür. 

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: