İşğaldan azad edilən ərazidəki qarğıdalı sahəsində biçinə hazırlıq işləri görülür

A- A A+

Torpaqların uzun müddət əkilməməsi şoranlaşmaya səbəb olur. Şoranlığı isə əsasən qarğıdalı bitkisi götürür. Həm bu amil, həm də qarğıdalının məhsuldar olması nəzərə alınaraq işğaldan azad edilmiş ərazilərimizdə  qarğıdalı əkininə üstünlük verilib.

Əkin dövriyyəsinə qatılan həmin ərazilərdəki məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub, yeni yol və elektrik xətləri çəkilib. Qarğıdalı bitkisinə aqrotexniki qulluq göstərilməsi, xüsusən də təsərrüfat suyunun bolluğu məhsuldarlığa müsbət təsir edib.  

Dənli qidalı maddələrlə zəngin olan qarğıdalıdan qida məqsədilə, həm də yem kimi istifadə edilir, gövdəsindən yaxşı silos hazırlanır. Bitkidən yalnız qüvvəli  yem deyil, şəkər, qlükoza, nişasta, konservlər, un, yarma və digər başqa məhsullar da alınır. Həmçinin texniki məqsədlərlə də istifadə edilir. Ondan spirt, ətir, kağız, yapışqan, linoleum və sairə hazırlanır. Lakin qarğıdalının başlıca əhəmiyyəti onun dəninin, gövdə və yarpaqlarının bütün mal-qara və quş növləri üçün qiymətli yem olmasıdır. Deməli, qarğıdalı əlavə olaraq süd, yağ, ət, yumurta və un deməkdir.

Qeyd edək ki, sərhədlərimizin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin rahat yaşayışına və lazımi təsərrüfat işlərinin görülməsinə stimul verib. Bu gün sərhəd bölgəsində əkinəyararlı torpaqlardan maksimum bacarıqla istifadə olunur, dənli-paxlalı bitkilər, xüsusən də taxıl və qarğıdalı əkinlərinə üstünlük verilir.

Fərhad Rzayev

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: