“DNA” qəzetində İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı əsgərlərin axtarılmasına dair məqalə dərc olunub
Elzas regionu “DNA”(Elzasın son xəbərləri) qəzetində “Strasburqlu itkin düşmüş azərbaycanlı əsgərləri axtarır!” sərlövhəli məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə İkinci Dünya müharibəsi dövründə bu regionda həlak olmuş 10 azərbaycanlı əsgər haqqında tədqiqat aparıldığı bildirilir.
Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin rəhbəri Nicat Kazımovun azərbaycanlı əsgərlərlə bağlı məlumat axtarışında olduğu qeyd edilib.
Bildirilib ki, II Dünya müharibəsi dövründə Fransada 518 qəbiristanlıqda 9 661 sovet əsgəri dəfn edilib. Onların arasında azərbaycanlı əsgərlər də var.
Axtarışların sonunda N. Kazımovun müvafiq kitab çap edəcəyi diqqətə çatdırılıb.