Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər  vebinar keçib.

Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib, LCD işıqlandırma vahidi üçün optiklər, panellərin arxa işıqlandırılması haqda slaydlar vasitəsilə danışıb. Seminarda həmyerlimiz dünyada ilk dəfə işıqla yönləndirilən optik mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin, məişətimizə geniş daxil olan LCD televizor, kompyuter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı kimi öz kəşfləri haqda ətraflı məlumat verib. Alim tədbir iştirakçılarının suallarını cavablandırıb. 

Səadət Əliyeva 


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: