Naxçıvan məhsulları Gəncədə - FOTOLAR

A- A A+

Yerli məhsullara artan tələbat nəzərə alınaraq son bir neçə ildə  paytaxt Bakı şəhərində Naxçıvan məhsulları adı ilə 3 mağaza fəaliyyətə başlayıb. NUHÇIXAN xəbər verir ki, növbəti belə mağaza iyulun 6-da Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində açılıb.

“Müasir Məkan” Ət və Ət Məhsulları İstehsalı Müəssisəsi və “Savalan S” MMC-nin birgə açdığı mağaza şəhərin mərkəzində yerləşir.

Burada müxtəlif meyvələrdən hazırlanan şərablar, cürbəcür şirniyyat növləri, qarışıq çərəzlər, eləcə də müalicəvi əhəmiyyətli mineral sular və meyvə şirələrinin satışı həyata keçirilir.

Mağazada həmçinin Naxçıvanın kоlbаsа və sоsiskаları, qədim diyarın brendinə çevrilən duzu, müxtəlif meyvələrdən hazırlanan mürəbbələr, bəhməz, konservləşdirilən ət məhsulları, baldırğan və çaşır turşuları, ətiri və kefiyyəti ilə seçilən çayları alıcıların ixtiyarına verilib. Bu məhsullarla yanaşı, gələcəkdə Naxçıvan balı, təbii süd məhsulları, xüsusi ilə də pendir, muxtar respublikanın zəngin təbiətindən toplanan müxtəlif çeşidli dərman bitkiləri, quru meyvələr və digər məhsullar mağazanın vitrinlərində yer alacaq.

Qeyd edək ki, bundan əlavə Bakının Nizami və Nərimanov rayonlarındakı “Naxçıvan məhsulları” adlı mağazalarda Naxçıvanın brend məhsullarının satışı həyata keçirilir.

Bütün  bunlar Naxçıvanda sahibkarlara yaradılan sağlam rəqabət mühitinin və məhsulların yüksək keyfiyyətlə istehsalının nəticəsi kimi dəyərləndirilir.

                                                                      Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: