Ordubad rayonunda keçirilən maarifləndirici tədbirdə ətraf mühitin mühafizəsindən danışılıb  

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Ətraf mühitin mühafizəsi, qanunvericiliyinin tələblərinə əməl edilməsinin əhəmiyyəti” mövzusunda olan tədbir Sabirkənddə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov və  baş məsləhətçi-hüquqşünası Qəhrəman Qasımov  ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsəd və əhəmiyyəti, həmçinin təbiətin mühafizəsi sahəsində qəbul olunan hüquqi aktlardan danışıblar. Bildirilib ki, keçirilən tədbirlərdə əsas məqsəd yaşıllıqların artırılması, qorunması, ətraf mühitə təsir hallarının öyrənilməsi, eləcə də qanunazidd halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsidir.

Qeyd olunub ki, bu il ərzində bölgədə 9 hektarda yeni meyvə bağı salınıb. Bu bağlarda 10 minə yaxın meyvə tingi, 1618 meşə, 555 həmişəyaşıl ağac, 6 mindən çox qızılgül əkilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.                                         

Qeyd edək ki, Azərbaycanın incisi hesab edilən Ordubadın bugünkü əsrarəngiz təbiəti, yaşıllıq zolaqları və meyvə bağları həyata keçirilən ekoloji tədbirlərin, eləcə də insanlarının təbiətə olan   qayğısının nəticəsidir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: