Muxtar respublikada muzeylərə gediş yenidən bərpa olunub - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada muzeylərə kollektiv gediş təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Ötən şənbə nazirlik, komitə, idarə və təşkilatların kollektivləri Naxçıvandakı muzeyləri ziyarət edib, tariximizin saxlanc yerlərində nümayiş edilən eksponatlarla tanış olublar.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Mahmud Hüseynov