Sentyabrın 22-də Zaqatala stansiyasından 23 kilometr şimal-qərbdə - Balakən rayonunda maqnitudası 3.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:35-də qeydə alınıb.
Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.