Naxçıvan şəhərində bələdiyyə torpaqlarının növbəti monitorinqi aparılıb

A- A A+

Muxtar respublikada bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsində qanunvericiliyin tələblərinin qorunmasına nəzarət edilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu məqsədlə  Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət işçi qrupu növbəti monitorinqi Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində aparıblar. Monitorinq zamanı işçi qrupun üzvləri  bələdiyyə sədrləri və üzvləri  ilə görüşərək icarəyə veriləcək bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçiriblər.

Bildirilib ki, bələdiyyə mülkiyyətində olan torpaqlarının icarəyə verilməsi zamanı ilk növbədə həmin ərazi üzrə bazar məzənnəsi  nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli, bələdiyyənin qəbul etdiyi qərarlar vasitəsilə rəsmiləşdirilməlidir. İcarəyə verilən torpaq sahələri ilə əlaqədar tərəflər arasında müqavilə bağlanılmalıdır. Taxıl və tərəvəz məhsullarının istehsalı məqsədilə ayrılan torpaq sahələrinin istifadəsi üçün bağlanan icarə müqavilələrinin müddəti on bir aydan çox olmamalıdır.

Sonda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və onlara torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulan məsuliyyətlər barədə  ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: