“Ən yaxşı könüllü komanda kuboku” uğrunda əyləncəli-etnoqrafik kvest yarışı keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarış muxtar respublikada fəaliyyət göstərən könüllülər arasında  keçirilib. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Sədərək və Şahbuz rayonlarından sosial, ekologiya, turizm könüllülərdən təşkil olunmuş 8 komanda mübarizə aparıb. 6 mərhələdən ibarət yarışmada  könüllülər fiziki, məntiq, bilik və bacarıq mübarizəsinə qatılıb, mürəkkəb tapşırıqlarda güc və dözümlülüklərini sınağa çəkiblər.

Birinci yerin qalibi olan “Naxçıvan Gənclər Fondu könüllüləri komandasına “Ən Yaxşı Könüllü Komanda Kuboku” və 200 manat dəyərində hədiyyə kuponu, II yerə çıxmış “Naxçıvan Gənclər Fondu könüllüləri  komandası” 100, III yeri tutmuş “Sədərək könüllüləri  komandası” isə 50 manat dəyərində hədiyyə kuponu ilə mükafatlandırılıblar.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: