Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadlarından apelyasiya şikayətinin verilməsinə dair hansı tələblər müəyyən edilib?
Cavab:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən:
- Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXANA verilən məlumatına görə Apelyasiya şikayətinin məzmununa dair aşağıdakı tələblərə əməl edilməlidir:
- şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
- şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti;
- barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı;
- şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar;
- şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. (AR MPM-in 361-ci maddəsi).
- Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar da əlavə edilir.