Naxçıvanda valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı evlərdə keçirilən monitorinqlər davam etdirilir

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqamətinə uyğun olaraq bütün kateqoriyadan olan uşaqlar kimi, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların da hüquq və mənafelərinin qorunması istiqamətində müvafiq işlər həyata keçirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aparılan işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş komitənin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün iş planına uyğun olaraq, komissiyanın ekspert qrupu tərəfindən 2020-ci ilin 18 və 23 sentyabr tarixlərində Şərur rayonu və Naxçıvan şəhəri üzrə, ümumilikdə, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 10 uşağın yaşadığı evlərdə monitorinq aparılıb.

Monitorinqlərin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Bu zaman uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə, təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılıb, qəyyum və himayədarları ilə geniş söhbətlər aparılıb, hüquq pozulması hallarına rast gəlinməyib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən müvafiq işlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: