AMEA Naxçıvan Bölməsinin əməkdaşları N saylı hərbi hissədə olublar

A- A A+

Ordu-xalq birliyi həmişə olub və bu gün də davam etdirilir. Orduda xidmət edən hər bir əsgər və zabit bilməlidir ki, xalqımız həmişə onların yanındadır.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu fikirləri Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüşən Bölmənin  əməkdaşları  səsləndirib.

Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərdən  danışılarkən vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müasir texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu öz gücünü Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz istiqamətində baş verən döyüşlərdə sübut edib.

Ziyarət çərçivəsində bölmənin Nəbatat bağından toplanılan 800 kiloqram alma orduya təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: