Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair iki günlük təlimə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan 12 əməkdaşı iştirak edib.

Əvvəlcə Mərkəzin direktoru Mehriban İmanova  təlimin mahiyyəti barədə məlumat verib.

Çıxış edənlər Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə bağlı təlim iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, təlimin təşkilində məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: