Şərur və Sədərək rayonlarında şoranlaşmış torpaqların aşkarlanması üçün monitorinqlər aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə yaradılmış komissiya tərəfindən Şərur və Sədərək rayonlarında şoranlaşmış, çəmənlənmiş və bataqlaşmış torpaqların aşkarlanması və qarşısının alınması məqsədilə monitorinq aparılıb.

Hər iki rayonda əkin sahələrindən kənarda qalmış yararsız torpaqlarda aparılan monitorinqlər zamanı müxtəlif antropogen və texnogen səbəblərdən çirklənmiş, şoranlaşmış və çəmənlənmiş ərazilərə baxış keçirilib. Komissiya üzvləri keyfiyyət və kəmiyyət göstəriciləri dəyişən torpaq sahələrini müəyyənləşdirib və səbəblərini öyrəniblər.

Müəyyən edilən ərazilərdə analiz aparmaq üçün torpaq nümunələri götürülüb. Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yüksək dəqiqlikli geodeziya avadanlıqları vasitəsilə monitorinq aparılan ərazilər plana alınıb.

 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: