Ötən tədris ilində 17 məzun "Qızıl" nişana layiq görülüb

A- A A+

Bu il  muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 17-si "Qızıl" və 17-si  "Gümüş" nişana, 34-ü isə fərqlənmə attestatına layiq görülüb. Ölkə üzrə "Qızıl" nişan alanların 14 faizi, "Gümüş" nişan alanların isə 22 faizi muxtar respublika ümumtəhsil müəssisələrinin məzunları olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri tədris ilini xüsusi nailiyyətlərlə  başa vuran məzunlara "Qızıl" və "Gümüş" nişanların təqdimat mərasimində Təhsil naziri Rəhman Məmmədov səsləndirib.

Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan tədbirdə təltif olunan məzunları təbrik edən nazir bildirib ki,muxtar respublikada 2019-2020-ci tədris ili  uğurlu olub, məzunlardan 275-i 500-700 arası bal toplayıb. Həmin məzunlardan 145-i muxtar respublika ali təhsil müəssisələrinə qəbul olub. "Qızıl" nişana layiq görülən məzunların hamısı 600-dən yuxarı,  "Gümüş" nişana layiq görülən məzunlar isə 500-700 arası bal toplayıb.

Tədbirdə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov qeyd edib ki, bu tədris ilində Naxçıvan şəhər  ümumtəhsil məktəblərinin məzunlarından 68-i 500-700 intervalında bal toplayıb,  2-si Respublika fənn olimpiadasının qalibi olub, 4 nəfər “Qızıl”, 4-ü “Gümüş” medala, 11 nəfər isə tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. Təqdimat mərasimində Ordubad rayon Nüsnüs kənd tam orta məktəbinin məzunu, qəbul imtahanlarında 672 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olan, "Qızıl" nişana layiq görülən Nəriman Həsənov təhsildə yaradılan şəraitə görə məzunlar adından minnətdarlığını bildirib.

Sonra Təhsil naziri  məzunlara nişanları təqdim edib.

Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: