Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna bu il 60 qədim əlyazma və çap kitabı daxil olub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Bölmənin Əlyazmalar Fondunda “2020-ci ildə Əlyazmalar Fonduna daxil olan yeni əlyazma və çap kitablarının qeydiyyatına dair” mövzusunda keçirilən elmi-praktik seminarda fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov deyib.

Fond direktoru bildirib ki, quruma cari ildə 60 qədim əlyazma və çap kitabı daxil olub. Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə edilən bu əlyazma və çap kitablarının içərisində yer alan “Ənvari-şühəda”, “Zinətül-məcalis”, “Əhsənul-qisəs”, “Qurban bayramı”, “Kitabi-əl bəyan”, “Coğrafiya”, “Dünyanı sarsıdan on gün”, “Nəbatat” adlı əlyazma və çap kitabları qiymətli nümunələrdir.

Qeyd olunub ki, həmin əlyazma və çap kitabları üzərində gələcəkdə araşdırmaların aparılması nəzərdə tutulub.

Daha sonra fondun şöbə müdirləri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva çıxış edərək yeni əlyazma və çap kitablarının qeydə alınması, onlara gigiyenik xidmət göstərilməsi, naqis kitabların bərpa olunması, ilkin elmi rəylərin yazılması, kataloqlaşdırılması ilə bağlı ətraflı məlumat veriblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: