“Metakədər”in gənclər üçün onlayn təqdimatı keçirildi

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN  İnformasiya Agentliyinə bildirilib ki, Nərgiz İsmayılovanın “Metakədər” kitabının təqdimatında 20 nəfər gənc iştirak edib.

“Gənc yazıçıların onlayn kitab təqdimatı” layihəsi çərçivəsində baş tutan təqdimatda bildirilib ki, məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşünün yüksəldilməsi, onlarda elmə, biliyə marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənc yazıçıların və onların kitablarının tanıdılması və təbliğindən ibarətdir.

Müəllif Nərgiz İsmayılova gənclərə “Metakədər” kitabı haqqında ümumi məlumat verib. Yazıçı eyni zamanda gənclərə mütaliənin faydaları və özünütəkmilləşdirmədə  rolundan  danışıb, onların kitabla bağlı ünvanladığı sualları cavablandırıb.

Qeyd edək ki, təqdimat mərasimi Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: