Naxçıvan şəhərində daha bir uşaq bağçası tikilir - VİDEO

A- A A+

Muxtar respublikada həyata keçirilən quruculuq işlərində uşaq bağçalarının da tikintisi diqqətdə saxlanılır. Naxçıvan şəhərində daha bir uşaq bağçasının tikintisinə başlanılıb. İstiqlal küçəsində inşa olunan uşaq bağçası zirzəmi ilə birlikdə 4 mərtəbəli olacaq. 210 yerlik uşaq bağçasında hazırda torpaq işləri aparılır.

Həmçinin Naxçıvan şəhərində insanların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər də davam etdirilir. Belə ki, müasir tələblərə cavab verməyən və sovet dövründə tikilmiş çoxmərtəbəli yaşayış binalarında əsaslı təmir aparılır.

Naxçıvan televiziyasının əməkdaşları mövzu  ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: