Naxçıvanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri qorunur - FOTOLAR
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirin təşkilində məqsəd muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin miqrasiya sahəsində maarifləndirmək, onların hüquq və azadlıqları ilə bağlı məlumatlı olmasına köməklik göstərməkdir.
Tədbirdə vurğulanıb ki, Naxçıvan hər ötən il miqrantların daha çox marağını cəlb edir, buraya səfər etmək niyyətində olanların sayı artır. Muxtar respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri daim diqqət mərkəzində saxlanılır.
Çıxışlar, təqdim edilən slayd və videoçarxlar əcnəbilərin daha rahat və aydın formada başa düşə bilmələri üçün ingilis dilində də səsləndirilib. Onlara Xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
Sonda tədbir iştirakçılarının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəzintisi təşkil olunub.