Rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində işlər yekunlaşır

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmət tərəfindən yeni elektron sistemin yaradılması işləri yekun mərhələsindədir. Sistemin fəaliyyətini təmin edən proqram təminatının modullarının işləkliyi təmin olunub, sınaq rejimində istismara verilib.

Rəqəmsal kadastr xəritəsinin tərtib olunması məqsədilə muxtar respublikanın yaşayış məntəqələrində aparılan geodeziya ölçmə işləri başa çatdırılıb. Ölçmə işlərinin nəticələri, muxtar respublika üzrə vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar sistemləşdirilərək vahid formada elektron bazaya yığılıb. Torpaq sahələrinə dair məkan göstəriciləri, torpaq islahatı zamanı özəlləşdirilmiş torpaqların baş sxemləri, kompleks yerquruluşu layihələri və dövlət torpaq kadastrlarında saxlanılan məlumatlar yeni xəritələr üzərinə köçürülüb.

Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlaklar haqqında dövlət reyestrində saxlanılan məlumatlar xüsusi sistem vasitəsilə miqrasiya olunaraq yaşayış məntəqələrinin xəritələrinin atribut məlumatlarına daxil edilib.

Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə  miqrasiya olunmuş məlumatlar xüsusi fayl formatına çevrilərək sistemə daxil edilib, rəqəmsal kadastr xəritələri tərtib olunubdur.

Hazırda Şahbuz və Sədərək rayonları üzrə rəqəmsal kadastr xəritəsinin tərtib olunması üçün məlumatların miqrasiya olunması işləri aparılır.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: