NUHÇIXAN oxucularına qalxanabənzər vəzin ciddi xəstəliklərinin inkişafının qarşısını alan və orqanizmdə yod ehtiyatı artıran təbii inqrediyentlərdən ibarət möcüzəvi resept təklif edir.
Qalxanabənzər vəzinin iki tip xəstəliyi var:
Hipertireoz qalxanabənzər vəzin hormonlarının səviyyəsinin yüksək olması deməkdir. Bu, bir çox problemlərin yaranmasına təkan verir:
- Ürək döyüntüsünün artması
- Bağırsaq fəaliyyətinin pozulması
- Yorğunluq
- Narahatlıq və əsəbilik
- İstilik hissi
- Çəki itkisi
- Hədsiz tərləmə
- Yuxu pozulması
- Diqqət pozunluğu
- Unutqanlıq
Hipotireoz qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə bağlı vəziyyəti deməkdir. Bu xəstəliyin ən yayılmış əlamətləri:
- Qıcolmalar
- Dırnaqların qırılması
- Depressiya
- Çəki artması
- Qəbizlik
- Yorğunluq
- Dəri və baş dərisinin quruluğu
- Unutqanlıq
Qalxanabənzər vəzinin funksiyasını tənzimləməyə qadir olan təbii vasitələr var. Əgər zob xəstəliyi yod çatışmazlığı ilə əlaqədardırsa, aşağıdakı resepti sınaqdan keçirin.
İnqrediyentlər:
- Təzə yetişmiş 40 qoz tumu
- 1 kq duru təbii bal
Yaşıl qoz tumlarını yuyun, qurudun və sonra onları iynəylə yarın. Hazırlanmış qozları bankaya tökün və üzərinə bal əlavə edin. Bankanı 40 gün qaranlıq yerdə gizlədin. Bu müddətdən sonra şüşəni açıb şirəni süzün. Cövhəri hər gün səhər və axşam bir xörək qaşığı qəbul etmək tövsiyə olunur.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.