Filippinli turist Naxçıvandan yazıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu günlərdə Naxçıvanda olan Riza adlı filippinli səyyah xanım öz internet səhifəsində Nuh peyğəmbərlə bağlı maraqlı yazı yerləşdirib. “Nuhun torpağında vətən həsrəti” başlıqlı yazını öz izələyicilərinə ünvanlayan müəllif burda keçirdiyi hissləri bölüşür. “Dünyanın bütün təktanrılı dinlərinə məxsus olan insanlar Qafqazda olarkən öz dualarının qəbul olmasını və tanrıya yaxınlıqlarını  istəyirlərsə,  Böyük Daşqından sonra suların çəkilməsi ilə Nuhun quruya çıxıdığı yerə-Naxçıvana mütləq getməlidirlər. Azərbaycana məxsus olan bu torpaq Nuhun və ailəsinin məkanı sayılır”,- deyə  filippinli səyahətçi qadın yazır. Nuh peyğəmbərin məzarüstü türbəsini ziyarət edən xanım uşaqlıq illəri ilə bağlı bir xatirəni bölüşür.  Lola adlı 3 yaxınının – dindar olan  nənəsi, xalası və bibisinin uşaq vaxtı ona Nuhla bağlı əfsanə danışdığını qeyd edir:   “Lolalar mənə Nuhun Tanrıya çox bağlı olduğunu deyirdilər. Ona görə də Tanrı digər günahkarları cəzalandırdı, ona isə gəmi düzəltməklə xilas olmağın yolunu göstərdi. Onlar istəyirdilər ki, mən də Tanrıya bağlı bir uşaq kimi böyüyüm. Naxçıvana gələndə Nuh əfsanəsinin burda baş verdiyini və  bir həqiqət olduğunu eşitdim. Düzü mən bu hadisəni eşidəndə təəccübləndim. Lolalarımdan ötrü, uşaqlıq çağlarımdan yana bərk darıxdım. Naxçıvanın sehrli landşaftını, onun fonunda  sirli   Haçadağını gördüm. Bu dağı Nuhun gəmisi daşqın zamanı yarıya bölüb. Mən hiss etdim ki, sanki Lolalarım da mənim yanımdadırlar. Onlardan  ötrü bərk darıxdım. Mən onlara demişdim ki, bu yerin olub-olmadığına inanmıram. Onda onlar çox pis olmuşdular. Nuhun məzarı önündə baş əydim. Lolalarıma qəlbimdə öz minnətdarlığımı bildirdim ki, onlar bunu mənə danışmasaydılar mən indi bu məzarın  önündə baş əyməzdim”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: