Ordubad rayonunun Şəhriyar qəsəbəsində Sutəmizləyici Qurğular Kompleksinin inşası davam edir - FOTOLAR

A- A A+

2012-ci ildən başlayaraq ölkəmizdə, eləcə də muxtar respublikada rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. Ötən dövr ərzində muxtar respublikada bu istiqamətdə mühüm addımlar atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sahədə görülən işlərin davamı olaraq Ordubad rayonunun Şəhriyar qəsəbəsində  Sutəmizləyici Qurğular   Kompleksinin inşası davam edir. 13 mindən çox Ordubad şəhər sakinini keyfiyyətli su ilə təmin edəcək qurğu gün ərzində 11 min kubmetrdir sutəmizləmə gücünə malikdir.

Həmçinin Kəngərli və Sədərək rayonunda, ümumilikdə ümumi tutumu 40 min kubmetr olan 8 su anbarının, Babək rayonunun Nehrəm qəsəbəsində, Araz kəndində, Kəngərli rayonunun Qarabağlar və Qabıllı kəndlərində,Şərur rayonunun Sərxanlı kəndində və Sədərək rayonunda su və kanalizasiya xətlərinin də tikintisi davam edir.

Qeyd edək ki, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində muxtar  respublikada görülən işlərin həcmi böyükdür. Layihə çərçivəsində muxtar respublikanın rayonlarında, ümumilikdə 1017 kilometr içməli su, 530 kilometr kanalizasiya xətti çəkilib, 18 min  131 su və kanalizasiya bağlantısı aparılıb. Ümumi tutumu 77500 kubmetr olan 15 su anbarı tikilib, 39 subartezian quyusu qazılıb.  Muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verəcək.

 

                                                                                                                       Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: