Bələdiyyə orqanlarına metodiki köməkliyin göstərilməsi Culfa rayonunda davam etdirilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti təşkil edir və onlara metodoloji yardım göstərilməsi sahəsində tədbirləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Culfa rayonunda fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış keçirilib və görülən işlər barədə onlara hüquqları izah edilib, lazımi metodiki tövsiyələr verilib. Eyni zamanda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədi ilə tədbirlərin görülməsinə dair”,  “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” adlı metodiki vəsaitlər təqdim edilib.

Tədbirdə, eyni zamanda “Ədliyyə könüllüləri”nin  də iştirakı təmin olunub. Tələbələr bələdiyyələr tərəfindən hazırlanan protokol və qərar layihələri , bələdiyyə iclasının çağırılması qaydası, əhali ilə görüşün qaydaları, daxil olan sənədlərin qeydə alınması, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi, icarə müqavilələrinin tərtibi, qeydə alınması və digər məsələlər barədə ətraflı  məlumatlandırılıblar.

               

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: