Fransa mətbuatı Ermənistanın son hərbi təxribatlarından yazır - FOTOLAR

A- A A+

Fransanın aparıcı mətbuat orqanlarında, radio və televiziya kanallarında Ermənistanın son hərbi təxribatlarına dair məlumatlar verilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Le Monde”, “Le Figaro”, “La liberation”, “Le Point” portallarında, eləcə də “France culture” radiosunda, “Franceinfo”, M6 televiziya kanallarında son günlər Dağlıq Qarabağdakı döyüşlər haqqında məlumatlar yayımlanır.

İnformasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində Azərbaycan Ordusunun öz ərazisində döyüşməsinə, ölkəmizin ərazi bütövlüyünü qorumasına, haqq işi uğrunda mübarizəsinə dair fikirləri yer alıb.

Bildirilir ki, döyüşlər zamanı hər iki tərəfdən hərbçilər, eləcə də mülki əhali arasında itkilər olub. Otuz ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 mindən çox insan həlak olub, 1 milyon azərbaycanlı doğma yurdundan didərgin salınıb.

Televiziya kanallarında ekspertlər iki ölkənin iqtisadi durumunu da müqayisə edərək, Azərbaycanın regionda daha güclü orduya malik olduğunu xüsusi vurğulayırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: