Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazırıq

A- A A+

Səhiyyə naziri Oqtay Şirəliyev türkiyəli həmkarı ilə telefonla danışıb.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə naziri Oqtay Şirəliyevə telefon zəngi edib.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınamış və işğalçı Ermənistanın Azərbaycana terrorçu, xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Türkiyəli Nazir Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazır olduqlarını qeyd edib.

Səhiyyə naziri Oqtay Şirəliyev də öz növbəsində türkiyəli həmkarına minnətdarlığını bildirərək qardaş Türkiyəyə daimi dəstəyinə görə təşəkkür edib.

Əməkdaşlıq əlaqələri nazirliklərin aidiyyəti qurumları səviyyəsində davam etdirilməkdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: