İordaniyalı tarixçi-jurnalist “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” kitabının müəllifi Ömər Əl-Armutinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladığı məktub yerli KİV-lərdə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İordaniyanın “Nayrouz” qəzetində dərc edilmiş məktubda deyilir: “Sərkərdə-Prezident, Zati-aliləri cənab İlham Əliyev. Azərbaycanın işğal altında olan ərazilərində separatçılarla döyüşlərin getdiyi bir vaxtda Sizə öz dəstəyimi bildirmək istəyirəm.
Cənab Prezident, Azərbaycan torpaqlarının təcavüzkarlardan və işğalçılardan azad edilməsi Sizin qanuni haqqınızdır. Hamıya məlumdur ki, BMT-nin qətnamələri və beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bunun nəticəsində 1 milyondan çox azərbaycanlının öz ölkəsində məcburi köçkün olması təsbit edilib. Ermənistanın həmin qətnamələri yerinə yetirməkdən imtina etməsi də aşkar bir faktdır.
Mən qəhrəman Azərbaycan ordusu ilə fəxr edirəm və cəbhədə həlak olan şəhidlərə Uca Allahdan rəhmət diləyirəm.
Allah Azərbaycanı, onun böyük xalqını və müdrik Prezidentini hifz etsin”.