Qədim Kastamonu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib

A- A A+

Türkiyənin qədim yaşayış məskənlərindən olan Kastamonu şəhəri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, aksiya Qarabağın düşmən tapdağından azad olunması üçün zəfər döyüşü keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə təşkil olunub. Yerli əhali iki qardaş ölkənin dövlət bayraqlarının qoşa dalğalanmasına dəstək olaraq aksiyaya qoşulub.

Qeyd edək ki, 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olan Kastamonuda hər zaman Azərbaycana dəstək şüarları səslənib. Şəhər rəhbərliyi davamlı olaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olması barədə bəyanatlar səsləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: