Azərbaycanım

A- A A+

Naxçıvan ədəbi mühitinin yetirməsi, istedadlı şair Hüseyn Bağıroğlu ordumuzun qələbəsindən ruhlanaraq "Azərbaycanım" şeirini qələmə alıb. Şeir ilk dəfə NUHÇIXAN İnformasiya Agentliyində oxuculara təqdim edilir.

 

Fani zülmətləri yarıb keçməyə,

Əbədi bir nursan, Azərbaycanım!

Düşmən qan-qan desə, qanın tökməyə

Meydanlarda varsan, Azərbaycanım!

 

Qanadısan göydə uçan quşların,

Bağrım çatlar çatılanda qaşların,

Başı batsın nankor taxtabaşların,

Sən daşı ağırsan, Azərbaycanım!

 

Torpaq daşa dönər, daş suya dönər,

Zəfər alnımızda yazıya dönər,

Üstünə hürənlər tazıya dönər,

Sən ayağa dursan, Azərbaycanım!

 

İnan hər dərdinə çarə bularıq,

Bil yeddi cahanda meydan sularıq,

Min dəfə yolunda candan olarıq,

Bir dəfə çağırsan, Azərbaycanım!

 

Gətirdik eşq adlı din bu dünyaya,

Gəlməsin nə duman, çən bu dünyaya,

Düşmənin qəhr olur, sən bu dünyaya

Günəştək doğursan, Azərbaycanım!

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: