Arıçılar üçün maarifləndirici müşavirə keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, müvafiq qurumların əməkdaşları Culfa rayonundakı “Dəmirli” yaylağında arıçıların iştirakı ilə maarifləndirici müşavirə keçiriblər. Müşavirədə arı ailələrinin düzgün köçürülməsinin təşkili və zoobaytar qaydalara uyğun qulluq edilməsinin əhəmiyyətindən bəhs edilib. Həmçinin arıçılıqda yeni texnologiyaların tətbiqinin müsbət nəticələrindən də danışılıb.
Bildirilib ki, arı ailələrinin bəslənməsi, çoxaldılması, məhsuldarlığının artırılması məqsədilə arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılmasında sahibkarlar özləri də fəal olmalıdırlar. Dövlət bu sahəni daim diqqətdə saxlayır. Arıçılıqla məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının ixracına əlverişli şərait yaradılır.
Yay otlaqlarında heyvanlara zootexniki qaydalara uyğun qulluq edilməsi, baytarlıq tədbirlərinin vaxtında aparılması, yaylaqlardan səmərəli istifadənin heyvandarlıq təsərrüfatlarının inkişafında əhəmiyyətindən də söhbət açılıb.
Röyal Kərimov