Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüş Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunub.
Görüşdə nazirliyin əməkdaşları tərəfindən müəyyən istiqamətverici layihələr barədə danışıb. Qeyd edilib ki, ötən müddətdə “Ədliyyə könüllüləri” proqramı istiqamətində innovativ ideyaların dəstəklənməsi məqsədilə yönləndirici layihələr həyata keçirilib.
Nazirliyin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri barədə ətraflı məlumat verən ədliyyə müşaviri Ayaz Məhərrəmov bildirib ki, həyata keçirilən tədbirlərdə və praktiki məşğələlərdə fəal iştirak edən tələbələr ədliyyə fəaliyyəti ilə bağlı prinsiplərin mahiyyətini mənimsəməklə müxtəlif innovativ ideyaları özündə əks etdirən startap layihələri irəli sürə bilərlər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.