Türkiyədən 3-cü sinif şagirdi Prezident İlham Əliyevə məktub göndərdi - “Gəl” desəniz, gələrəm!

A- A A+

Türkiyədə yaşayan 3-cü sinif şagirdi Azərbaycan Prezidentinə məktub göndərdi.

NUHÇIXAN İnformasiya Agentliyi Ankaradan Balış Kılıcın yazdığı məktubu təqdim edir:

“Sayın Baş Komutan İlham Əliyev. Mənim ikinci vətənim Azərbaycandan düşməni qovduğun üçün çox təşəkkür edirəm. Mənim 8 yaşım var. Kaş daha böyük olardım və savaşa qatılıb Şuşada Bayrağımızı öz əllərimlə qaldırardım. Özüm gələ bilməsəm də, Siz və əsgərlərimiz üçün dua edirəm!

Yolunuz açıq olsun! Amma “Gəl” desəniz, gələrəm!

BALIŞ KILIC, ANKARA"

Balışın atası Bəkir Kılıcla əlaqə saxladıq. Bildirdi ki, Azərbaycan İqtisad Universitetinin məzunudur. Və oğlunun dediyi kimi, haqq işi uğrunda mübarizəyə hər an hazırdır.  “Böyük həvəslə savaşa qatılmağa hazırıq. Yaşasın Azərbaycan Türkiyə qardaşlığı”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: