AMEA Naxçıvan Bölməsində “Oxucu günü” keçirilib - FOTOLAR

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə kitabxananın direktoru Sahab Əliyeva bildirib ki, oxucu gününün keçirilməsində məqsəd oxucularda mütaliəyə maraq oyatmaq, yeni tələblər səviyyəsində mədəni xidmət göstərməkdir. O bildirib ki, tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsini keçirir, oxuculara belə kitablardan yararlanmağı məsləhət görürük.

Daha sonra iştirakçıların sualları cavablandırılıb, sorğu anketləri paylanılıb. Kitabxananın xidmətlərindən razı qalan oxucular öz təkliflərini də qeyd ediblər.

Sonda kitabxananın müdiri təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: