Vətənimizin keşiyində dayanan əsgərlərə dəstək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Güznüt və Nəhəcir kəndlərinin sakinləri öz təsərrüfatlarının məhsullarından rayon ərazisindəki hərbi hissəyə sovqat aparıblar. Bununla bağlı keçirilən tədbirdə  çıxış edənlər əsgərlərə xoş arzularını çatdırıb, xalqımızın ordumuza daim dəstək göstərdiyini bildiriblər.

Daha sonra gətirilən 450 kq ət, 560 kq kartof, 410 kq soğan və digər ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.

Xalq-ordu birliyinə daha bir nümunə isə Şərur rayon Cəlilkənd və Alışar kənd sakinlərinin əsgərlərə apardığı sovqat olub. Belə ki,  kənd sakinləri tərəfindən 8 ton soğan, 8 tondan çox kartof, 300 kiloqram dana əti, 50 kiloqram pendir, 40 litr süd, ümumilikdə, 16 tondan çox məhsul  hərbi hissəyə sovqat verilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: