Amerika alimləri badımcanın yeni faydasını aşkar ediblər.
Alimlər sübut edir ki, badımcanın tərkibində olan bəzi maddələr orqanizmin xərçəng xəstəliklərinə olan davamlılığını xeyli artırır.
Bu tərəvəzlərin tərkibində olan xlorogen turşusu sərbəst radikalların hüceyrələrə olan mənfi təsirini azaldır və bununla da hüceyrələri mutasiyalardan qoruyur, xərçəng hüceyrələrin böyüməsinin qarşısını alır.
NUHÇIXAN badımcanın digər faydalarını təqdim edir:
- Ürək üçün çox faydalıdır
- Böyrəklərin fəaliyyətini yaxşılaşdırır
- Bağırsaq mikroflorasını yaxşılaşdırır
- Xolesterinin səviyyəsini aşağı salır
- 2-ci tip diabetin inkişafından qoruyur.