Şahbuz rayonunun sahibkarları əsgərlərə sovqat aparıblar - FOTOLAR

A- A A+

Şahbuz rayonunun ictimaiyyət nümayəndələri rayon ərazisindəki hərbi hissədə olub, hərbçilərimizə sovqat aparıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun Keçili, Külüs və Aşağı Qışlaq kəndinin sakinləri öz təsərrüfatlarında istehsal etdikləri heyvandarlıq, meyvə-tərəvəz məhsullarından, kompotlardan, mürəbbələrdən və digər kənd təsərrüfatı məhsullarından əsgərlərimizə sovqat  aparıb.

Bu təşəbbüsə rayonun sahibkarları da qoşulub. Badamlı Mineral Sular Zavodunun, Çınqıllı Bulaq Məhdud Məsuliyyətli Cəmiyyətinin, Badamlı Quşçuluq  müəssisəsinin, Şahbuz şəhər çörək sexinin, Badamlı qəsəbəsi və Nursu kəndlərinin lavaş sexlərinin kollektivləri öz məhsullarından hərbi hissəyə sovqat gətiriblər.

Ordu-xalq birliyinin nümunəsi olan bu görüşdə söhbət zamanı bildirilib ki, Azərbaycan Ordusu son günlərdə cəhbədə düşmən üzərində böyük üstünlük əldə edib. Bu gün xalq inanır ki, qələbə yaxındır.

Hərbi hissənin zabit və əsgərləri minnətdarlıq edərək bildirib ki, bu gün hərbi hissədə şəxsi heyətin qidalanması, onların digər təminatları üçün lazımı qədər ehtiyat yaradılıb. İctimaiyyyət nümayəndələrinin bu ziyarəti əsgərlərimizdə   böyük ruh yüksəkliyi yaradır.

Gətirilən 325 kiloqram ət, 2 tona yaxın meyvə və tərəvəz, 7 tondan artıq qablaşdırılmış içməli su, 3600 ədəd yumurta, müxtəlif təmizlik vasitələri, tütün məmulatları, ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.                                      

                       Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: