İşğaldan azad olunmuş Hadrut qəsəbəsinin “Azersky” peykindən əldə edilmiş təsviri

A- A A+

Dağlıq Qarabağımızdan bu gün də zəfər xəbərləri aldıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Dağlıq Qarabağa doğru zəfər yürüşü sayəsində bu gün Azərbaycanın tarixi ərazisi olan Hadrut qəsəbəsi və digər səkkiz kəndimiz Ermənistanın işğalından azad edilib.

“Azərkosmos” ASC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Azersky” peykindən Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gün əldə olunmuş ən son peyk təsviri təqdim edilib.

Hazırda “Azersky” vasitəsilə istər ordumuzun azad etdiyi ərazilərdə, istərsə də müvəqqəti olaraq Ermənistanın işğalında qalan torpaqlarımızdan gündəlik təsvirlər çəkilir və müvafiq analizlər aparılır.

İnanırıq ki, tezliklə qələbə bizim olacaq. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: