Yerli vaxtla saat 06:56-da Zərdab stansiyasından 17 km qərbdə Zərdab-Bərdə sərhədində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.