Fermerlər əsgərlərimizə sovqat göndərib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun Qışlaqabbas kənd sakini Mirabbas Seyidov və Yengicə kəndindən olan sahibkar İlham Vəliyev əsgərlərimizə 2 tona yaxın meyvə-tərəvəz, o cümlədən ərzaq məhsulları göndəriblər.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən sahibkarlar bildiriblər ki, bu gün əsgərlərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Onlara mənəvi dəstək olmaq bizim də vətəndaşlıq borcumuzdur.
Qeyd edək ki, Şərur rayonunun ayrı-ayrı kəndlərindən ailə təsərrüfatçıları, fermer və sahibkarlar tərəfindən milli ordumuzun əsgərlərinə meyvə-tərəvəz və ərzaq sovqatlarının göndərilməsi davam edir.
Məhəmməd Fərəcov