Naxçıvanda 139 marşrut xəttinə 400-ə yaxın avtobus çıxır

A- A A+

“Cəmiyyətin bütün təbəqələri nəqliyyat sahəsindən istifadə edir. Ona görə də nəqliyyat sistemi və bu sahə üzrə göstərilən xidmət nümunəvi təşkil olunmalı, nəqliyyat vasitələri müasir tələblərə cavab verməlidir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutlarla təmin olunub”-NUHÇIXAN xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobusun təqdim olunduğu tədbirdə bildirib. Vurğulanıb ki, hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir. Bütün bunlar da əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, istehsal etdikləri məhsulları vaxtında bazara çıxarmalarına imkan verir.

Qeyd edək ki, hazırda muxtar respublikanın paytaxtında 56 avtobus 8 marşrut xətti üzrə şəhərdaxilində sərnişin daşıma xidmətini yerinə yetirir.  6 avtobus isə  Naxçıvan-Bakı və Naxçıvan-İğdır istiqamətində sərnişinlərə xidmət  göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: