Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayında pensiyaçılara bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Fondun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar və poçt bölmələri vasitəsi ilə həyata keçirilir.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin isə vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülür.