Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, vergi.nakhchivan.az rəsmi internet səhifəsinin vizual görüntüsü dəyişdirilib, daha çox müraciət olunan bölmələr xüsusi banderlərlə saytın əsas səhifəsinə yerləşdirilib.
Vergi ödəyiciləri tərəfindən fəaliyyət göstərdiyi sahələr üzrə vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin onlayn ödənilməsi üçün əsas səhifədə ayrıca keçidlər yerləşdirilib, həmçinin vergilərin ödənilməsi və bəyanetmələrin təqdim edilmə müddətləri qeyd olunub.
İnternet səhifəsində sual-cavab bölməsi yaradılıb, həmin bölmədə vergi ödəyicilərini maraqlandıran suallar operativ şəkildə cavablandırılır və saytda yerləşdirilir. Rəsmi internet səhifəsi mobil telefon və planşetlər üçün də uyğunlaşdırılıb ki, hər kəs mobil cihazlardan istifadə etməklə saytın xidmətlərindən yararlana bilər.