Qanunsuz balıq ovu ilə məşğul olanlar cərimələnib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda qanunsuz balıq ovu ilə məşğul olan Kolanı kənd sakinləri saxlanılıb.
Şahbuz Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əraziyə baxış keçirən polis əməkdaşları Kolanı kənd sakinləri Seyhun Dünyamalıyev, Elgün Bayramov, Əfrəddin Hacıyev və Ziyarət Həsənzadənin Naxçıvançayın kənd ərazisindən keçən hissəsində qanunsuz balıq ovladıqlarını aşkarlayıb. Onlar qanunsuz balıq ovunu gecə saatlarında generatordan alınan cərəyan vasitəsi ilə həyata keçiriblər. Rayon Polis şöbəsi tərəfindən saxlanılan həmin şəxsləri haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən yüksək miqdarda cərimə gözləyir.
Novruz Məmmədov