“Nokia” şirkəti Çində “5G” şəbəkəsi quracaq

A- A A+

Finlandiyanın “Nokia” şirkəti və Çinin “China Mobile” mobil rabitə operatoru arasında 1 milyard avro dəyərində saziş imzalanıb. Saziş çərçivəsində Finlandiya şirkəti Çin tərəfdaşına beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) keçid üçün texnologiyalar təqdim edəcək, eləcə də konsaltinq xidmətləri göstərəcək.

NUHÇIXAN “RBC” resursuna istinadən xəbər verir ki, “Nokia”, həmçinin stasionar və mobil radiorabitə vasitələri üçün infrastruktur, optik rabitə xətləri və IP marşrutlayıcıları üçün texnologiyalar təqdim edəcək, eləcə də müştərilərlə əlaqə sahəsində yenilikləri bölüşəcək.

Bundan başqa, şirkətlər yeni məhsul və xidmətlərin inkişafı üçün bazarı birgə tədqiq edərək əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

Bu ilin fevralında şirkətlər süni intellekt və Çində “5G” şəbəkələrinin inkişafı sahəsində birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalayıblar. Saziş imzalanandan sonra “Nokia” şirkətinin səhmlərinin dəyəri 1,3 faiz bahalaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: