Ermənistanda çələng və güllərin qiyməti kəskin qalxıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  erməni saytlarına istinadən xəbər verir ki, Ermənistanda çələnglərin və bəzi gül növlərinin qiymətləri artırılıb.

Ermənistan  Respublikası İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komissiyası mətbuatda və sosial  şəbəkələrdə yayılan  məlumatları nəzərə alaraq araşdırma apararkən bu qənaətə gəlib.

Qurum müharibə vəziyyəti və məsələnin mənəvi tərəfi nəzərə alınaraq, müəssisələri bu çətin dövrlərdə birlik nümayiş etdirməyə, qiymət artımlarından çəkinməyə çağırıb.

Bildirilib ki, Ermənistanda minlərlə kiçik istixana təsərrüfatı gülçülüklə məşğuldur. Bazar rəqabət qabiliyyətlidir, dominant təsərrüfat subyektləri yoxdur.

Görünür, Ermənistanda yaxında leşlərin üzərinə düzməyə gül belə tapılmayacaq. Azərbaycan əsgərinin döyüş əzmi düşmən ölkədə çələnglərə olan “təlabatı” artıracaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: